İdman

Millimiz növbəti matça çıxır

30 Mart 2026 18:58
Baxış: 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Milli.Az xəbər verir ki, millimiz "FIFA Series-2026" beynəlxalq turnirindəki ikinci oyununda Syerra Leone yığması ilə qarşılaşacaq.

Bu görüş də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Oyun saat 19:00-da başlayacaq.

Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlib.

FIFA Series-2026

30 mart 19:00.

Azərbaycan - Syerra Leone

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

***

Millimiz matça aşağıdakı heyətlə çıxır:

Azərbaycan: 12. Aydın Bayramov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 5. Anton Krivotsyuk, 21. Qismət Alıyev, 10. Aleksey İsayev, 13. Emil Səfərov, 8. Emin Mahmudov (k), 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov

Baş məşqçi: Ayxan Abbasov 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.