Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində "Muğam dəstgahları"nın növbəti konserti keçirilib.
Konsertdə BMM-nin solisti Nisbət Sədrayeva, VIII Muğam Televiziya Müsabiqəsinin laueratı Vüsal Qasımov və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Məftun Səfərli "Çahargah" dəstgahını təqdim ediblər.
Xanəndələrin çıxışları böyük alqış və maraqla qarşılanıb.
Beynəlxalq Muğam Mərkəzinin muğamlarımıza böyük diqqətlə yanaşan tamaşaçıları qarşısında məsuliyyətlə çıxış edən xanəndələr dəstgahın şöbələrini böyük şövqlə tamaşaçılara çatdıra biliblər. İfaçıları tarda - Rəşad İbrahimov, kamançada - Təbriz Yusubov, qanunda - Çinarə Mütəllibova, balabanda - Rafael Əsgərov, nağarada - Emin Cəbrayılov müşayiət edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





