Ölkə

Tanınmış həkim vəfat etdi - FOTO

17 Yanvar 2026 11:57
Baxış: 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Ədalət Rüstəm yanvarın 16-da axşam saatlarında vəfat edib.

Milli.Az xəbər verir ki, Ədəlat Rüstəmin yaxınları oxu.az-a bildiriblər ki, mərhum ürək çatışmazlığından vəfat edib:

"Bir müddət əvvəl ürəyinə kardiostimulyator qoyulmuşdu. Bir neçə gün öncə də qrip virusuna yoluxmuşdu, bu onun ürək fəaliyyətinə çox mənfi təsir göstərdi. Yanvarın 16-da axşam vəziyyəti qəfil kritikləşib və dünyasını dəyişib".

Xatırladaq ki, o, 1961-ci ildə Naxçıvanın Şahbuz rayonunda doğulub. İxtisasca ümumi cərrah olub. O, Kliniki Tibbi Mərkəzdə çalışıb.

Qeyd edək ki, Ədalət Rüstəm Naxçıvan Muxtar Respublikası Şahbuz Rayonu Vergilər Xidmətinin rəisi Nazim Rüstəmovun qardaşıdır. Yanvarın 5-də isə onların anası dünyasını dəyişib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.