Cəmiyyət

Qənirə Paşayevanın toylarla bağlı Milli Məclisdə çıxışı

31 May 2021 11:54
Baxış: 3 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hökumət üzvlərinin burada olmasından istifadə edərək insanların bir neçə xahişini çatdırmaq istəyirəm.

COVID-19 virusu ilə mübarəzədə ölkəmiz önəmli addımlar atdı, ziyalılar, deputat həmkarlarım bunun təbliğində önəmli rol oynadılar. Amma artıq karantinlə bağlı yumşalmalar oldu. Artıq metrolar, ticarət mərkəzləri açıldı. Bu, teatrlara da şamil olunmalıdır. Bu, sənəd adamlarının və sənətsevərlərin xahişidir".

Milli.Az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri əlavə edib ki, açıq havada insanların toy məclislərinin keçirilməsinə də icazə verilməlidir:

"Artıq 1 il yarımdır ki, insanlar toy edə bilmirlər. Amma müəyyən şərtlərlə, COVID pasportundan istifadə etməklə açıq havada toylara icazə verilə bilər. Bu, insanlarla yanaşı, həm də böyük bir sektorun xahişidir".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.