Kriminal

Gəlinini döyən qayınana cəzalandırıldı

22 Noyabr 2025 19:39
Baxış: 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuzda gəlinini döyən qayınana cərimələnib.

Milli.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qaradaş kəndində qeydə alınıb.

45 yaşlı Mətanət Əzimova (ad və soyad şərtidir) yaşadıqları evdə yaranmış mübahisə zamanı əli ilə gəlinini itələyib və vurub. O, əməlindən peşman olduğunu deyib və məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Zərərçəkən qadın isə qayınanası ilə barışmaq niyyətində olmadığını deyərək, onun cərimələnməsini istəyib.

Hadisə barədə Mətanət Əzimova barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.

Tovuz Rayon Məhkəməsinin qərarı ilə ona 300 manat məbləğində inzibati cərimə cəzası verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.