"Ani gedişinə səbəb olanları Allaha həvalə edirəm"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir.
Milli.Az xəbər verir ki, Xalq artisti Azərin sosial media hesabında Könüllə bağlı paylaşım edib:
"Canım Könülüm, son üz-üzə görüşümüz Ankarada baş tutan o möhtəşəm dəfilən olmuşdu. Sonralar isə telefon danışıqlarımız, səmimi söhbətlərimiz davam etdi. Gərgin iş rejiminə baxmayaraq, dəfələrlə mənim konsert və verilişlərim üçün o zəhmətkeş əllərinlə milli naxışlarımızla bəzədilmiş libaslar hazırlamısan. Sonuncu dəfə danışanda noyabrın sonunda yenidən Ankaraya gələcəyini söyləmişdin.
Sən dünyanın ən xeyirxah insanısan - içində kədər olsa belə, bunu kimsəyə hiss etdirməyən, çöhrəsi daim gülən, ikili münasibətlərdə qarşılıq gözləmədən insanlara əl uzada bilən, qocaman qəlbli bacım. Hara getsən, Azərbaycanın dəyərlərini düşünən, bunu işinə yansıdan vətənpərvər Könülüm. Nə yazsam, nə desəm, içimdəki kədəri, ürəyimdəki yanğını ifadə edə bilməyəcəyəm.
Allah səni cənnəti ilə mükafatlandırsın. Əbədi dünyada ruhun şad olsun. Bu ani gedişinə səbəb olanları Allaha həvalə edirəm. Rəbbimdən bircə gül balan - Ləmana şəfa diləyirəm. Allah onu ailəsinə və yaxınlarına bağışlasın. Əlvida, Könülüm".
Aparıcı Saleh Bağırov isə K.Vəlibəyli ilə dünən günorta saatlarında görüşdüyünü yazıb:
"Dəhşət içindəyəm. Bu gün (red. - dünən) günorta saat 3 radələrində Könüllə görüşdük. Dəhşət içindəyəm. Mənim üçün hazırladığı iki yeni pencəyin son tamamlama işlərini gördü, bir-iki günə təhvil verəcəyini dedi. Milli geyimlərimizin inkişafı üçün çox işlər gördü. Ayın 25-də Türkiyəyə səfərə hazırlaşdığını və 2026-cı ilə olan böyük planlarından həvəslə danışdı. Dedik, güldük, həmişəki kimi pozitiv ayrıldıq. Xatirimdə həmişə o gözəl təbəssümünlə, əsl insanlığınla qalacaqsan. Sən nə qəribə və dəhşətsən, ey dünya. Ruhun şad olsun, istedadlı, gözəl, təmənnasız böyük ürəkli dostum".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





