Türkiyəli futbolçu Bertuğ Yıldırım Portuqaliyalı sevgilisi Oriana Correia Gomesə İstanbul Boğazında romantik evlilik təklifi edib. Xüsusi təşkil olunan bu anları mərhum sənətçi Azer Bülbülün mahnısı müşayiət edib. Cütlüyün görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub və qısa zamanda gündəmə çevrilib.
Milli.Az xəbər verir ki, Bertuğ Yıldırımın Boğaz mənzərəsi qarşısında diz çökərək üzüyü təqdim etdiyi anlar istifadəçilərin diqqətini çəkib.
Evlilik təklifinin qəhrəmanı Oriana Correia Gomes Miss Universe Spain müsabiqəsində finala çıxmış, Avropada tanınan modeldir. Podyum uğurları və sosial mediada paylaşdığı fotolarla böyük izləyici kütləsinə sahib olan gənc model münasibətlərini tez-tez sosial şəbəkə hesabında da bölüşür.
Lalə Qüdrətova
Milli.Az





