Cəmiyyət

Bakıda sürücünün yuxulaması qəzaya səbəb olub - FOTO

4 Fevral 2021 08:39
Baxış: 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Allahverdiyev Elkin Famil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobildə qəfil sükana nəzarəti itirib. Avtomobil beton yol ayrıcına çırpılıb. Sürücü E.Allahverdiyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər ona sağ baldır sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyub.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Patrul xidmətinin əməkdaşları cəlb edilib. Ziya Bünyadov prospektinin "20 yanvar" dairəsi istiqamətində tıxac yaranıb.

Nəsimi RPİ-dən verilən məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.