Cəmiyyət

COVİD-19-a yoluxanların 70 faizdən çoxuna lazımsız yerə antimikrob preparatları verilir - ÜST

23 Noyabr 2020 10:39
Baxış: 1 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada COVİD-19-a yoluxma səbəbinə görə xəstəxanaya yerləşdirlən xəstələrin 70 faizindən çoxuna lazımsız yerə antimikrob preparatları verilir.

Milli.Az bildirir ki, bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, COVİD-19-un xüsusi müalicəsi yoxdur:

"Müalicə üçün verilən preparatlar dolayısı ilə başqa xəstəliklərə yönəlib. COVİD-ə yoluxma zamanı pnevmonik hal təxminən 7-8 faiz genişlənir. Buna görə də buna uyğun antimikrob preparatların verilməsi lazımdır".

H.Harmancı qeyd edib ki, dərmanların lazımsız yerə verilməsi orqanizmdə onlara qarşı davamlılığın yaranmasına səbəb olur.

ÜST rəsmisi dərman qəbulu ilə bağlı iki kateqoriyadan olan insanlara tövsiyəsinin olduğunu da söyləyib:

"Birinci, həkimlərə müraciət edərək onlara tövsiyə edirəm ki, lütfən, xəstələrə lazım olmayan dərmanları yazmayın. Virusa yoluxanlara müraciət edərək deyirəm ki, mümkün olduğu qədər həkim nəzarəti olmadan dərman qəbul etməyin, apteklərdən həkim göstərişi olmadan antimikrob dərmanları alaraq içməyin!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.