Cəmiyyət

Məşhur Xınalıq məktəblisi İngiltərəyə GEDİR - FOTO

29 İyun 2023 18:48
Baxış: 2 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl yaşadığı kənddə polşalı turist Kamil Cichocki ilə ingilis dilində səlis danışığı ilə gündəmi zəbt edən məktəbli İbrahim Zeynalov İngiltərəyə yollanacaq.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, Qubanın Rüfət Kəlbiyev adına Xınalıq internat tipli tam orta məktəbinin 6-cı sinfini bitirmiş İbrahim Zeynalov MÜSİAD Azərbaycan təşkilatının dəstəyi ilə İngiltərədə iki həftəlik yay məktəbində olacaq.

Atası Bəhmən Zeynalov açıqlamasında bildirib ki, İbrahimgilin dəstəsi iyulun 4-də yola düşəcək. Atası hazırda İbrahimin səfəri üçün hazırlıq işlərinin aparıldığını deyib.

Xatırladaq ki, İbrahim Zeynalov  gələcəkdə Türkiyədə oxumaq arzusunda olduğunu deyib və mart ayında Bakıda olarkən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tərəfindən də qəbul edilmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.