Krantdakı ərpi belə təmizləyin: Həm ucuz, həm təbii
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ev işlərində ən çox rast gəlinən problemlərdən biri də krantlarda əmələ gələn ərp yığıntılarıdır. Ərp həm estetik baxımdan xoşagəlməz görünür, həm də suyun axışını zəiflədir.
Milli.Az xəbər verir ki, güclü kimyəvi vasitələrə ehtiyac olmadan, yalnız təbii maddələrlə krantdakı ərpi effektiv şəkildə təmizləmək mümkündür. Düzgün qarışımlar və müntəzəm qulluq sayəsində krant ilk günkü parlaqlığını geri qazanır.
Ən təsirli üsullardan biri sirkə və soda qarışığıdır. Bu təbii reaksiyalı qarışım ərp qatını qısa zamanda yumşaldır.
Kiçik bir qaba ağ sirkə tökün.
Üzərinə 1 çay qaşığı soda əlavə edin.
Köpməyə başlayan qarışımı ərpli sahələrə çəkin.
15-20 dəqiqə gözlədikdən sonra yumşaq süngər ilə ovun.
Ilıq su ilə durulayın.
Bu üsul, xüsusilə başlıqlarda yığılan ərpi həll edir və suyun daha düzgün axmasını təmin edir.
Limonun təbii asidik gücü ilə parlaqlıq
Limonu ortadan kəsin və iç tərəfi ilə krantıı ovun.
10 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.
Daha möhkəm ləkələr üçün limon suyunu bir qədər sirkə ilə qarışdırmaq olar.
Dar və əl çatmayan yerlərdə ərpi təmizləmək üçün kiçik hiylə:
Bir çay qaşığı sodanı kiçik qabda bir az su əlavə edərək məcun halına gətirin.
Köhnə diş fırçası ilə krantın kənarlarını, vintləri və oluk hissələrini fırçalayın.
5 dəqiqə gözləyin, sonra durulayın.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Madriddə 350 illik Osmanlı sənədi tapıldı: Tarixi dəyişə biləcək məktub
-
Başak Gümülcinelioğlu yeni layihədə yer alacaq
-
Bu yollarla ikiqat sürətli arıqlamaq mümkündür
-
XIII turun növbəti görüşləri keçiriləcək
-
Rusiyanın 4 hava limanında məhdudiyyətlər tətbiq edildi
-
Keyptaun kanalizasiya suyundan içməli su istehsal edəcək
-
Tuna balığı alarkən iki dəfə düşünün
-
Pişik sahibini niyə iyləyir?
-
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
-
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün
-
Kefir və yaşıl çaya güclü rəqib: Arpa çimi suyunun fayda və riskləri
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Pensiyalar belə indeksləşəcək - Hesablama qaydası - (Video)
-
Ev qatığı niyə sulu olur? Daş kimi qatıq hazırlamağın əsas sirləri
-
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
-
“Müxalifət Azərbaycanla sülhə “son maneə”dir” - Paşinyan
-
Binəqədidə söküntü hazırlığı: Sahibkarlara kompensasiya nə vaxt ödəniləcək? - (Video)
-
Azərbaycan nəhəng atmosfer bloklanmasının təsirinə düşür: Hava kəskin dəyişəcək
-
Günün qoroskopu: Daxili rahatlıq tapmaq üçün ideal zamandır
-
Kaliforniyada baş verən güclü zəlzələnin videosu
-
Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir - (Video)
-
Bakı-Sumqayıt yolundakı tıxac probleminə çarə - (Video)
-
Tiflisdə minlərlə insan yürüşə qatıldı - (Video)





