Paltaryuyana sığmayan yorğanı yumağın praktik üsulu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paltaryuyana yerləşməyən iri və həcimli yorğanların necə təmizlənəcəyi ilə bağlı ekspert məsləhətləri yenidən gündəmə gəlib. Tekstil mütəxəssislərinin hazırladığı bələdçilərə görə, düzgün üsul tətbiq edildikdə həm yorğan tam təmizlənir, həm də forması qorunur.
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, xüsusilə elyaflı və qaz tükü yorğanlar paltaryuyana qoyularkən sıxışır və yaxşı təmizlənmir. Bu isə həm iç dolğunun formasını pozur, həm də yuyucu toz qalığının parçaya hopmasına səbəb olur. Peşəkar təmizləməyə ehtiyac qalmadan ev şəraitində tətbiq oluna bilən alternativ üsullar isə getdikcə daha çox tövsiyə edilir.
Yataş, IKEA və Taç kimi markaların qulluq təlimatlarına əsasən, paltaryuyna sığmayan yorğanlar geniş vanna və ya duş kabinəsində əl ilə rahat şəkildə yuyula bilər. Mütəxəssislər yorğanın tam şəkildə suya batırılmasının təmizliyə müsbət təsir etdiyini bildirir.
Vanna üsulu niyə effektivdir?
- Parça suyla bərabər şəkildə təmas edir
- Material sıxılmadan yuyulur
- Yuyucu toz asan çıxarılır
- Yorğanın forması qorunur
Ev gigiyenası üzrə mütəxəssislər yorğanların yuyulmasında maye və yumşaq tərkibli vasitələrdən istifadə etməyi məsləhət görür. Toz formalı təmizlik vasitələri yaxşı həll olmadıqda iç dolğuya zərər verə bilər. Otaq temperaturunda su isə həm parçanı yormur, həm də dolğunun strukturunu qoruyur.
- Vannanı otaq temperaturunda su ilə doldurun.
- Az miqdarda maye vasitə əlavə edin.
- Yorğanı tamamilə suya batırın və bir neçə dəqiqə gözləyin.
- Ləkəli hissələri yüngül şəkildə ovun.
- Ən az iki dəfə durulayın ki, yuyucu vasitə qalığı tam çıxarılsın.
Mütəxəssislər xəbərdarlıq edir ki, durulama mərhələsi düzgün aparılmasa həm pis qoxu yaranır, həm də parça zamanla sərtləşir.
Qurutma mərhələsi ən az yuma qədər vacibdir
Tekstil məsləhətçiləri yorğanların birbaşa günəş altında qurudulmamasını tövsiyə edir. Xüsusilə qaz tükü və elyaflı məhsullarda günəş:
- Dolğunun formasını poza bilər
- Parçada solmaya səbəb ola bilər
Ən ideal üsul - yorğanı kölgəlik və hava keçirən bir məkanda, geniş bir asqıya sərərək qurutmaqdır.
Tibbi mənbələrə görə, yorğanlar il ərzində toz gənəsi yığır. Buna görə ildə ən az iki dəfə dərin təmizlik aparılması, xüsusilə allergiyası olan şəxslər üçün çox əhəmiyyətlidir. Evdə tətbiq edilən vanna üsulu bu baxımdan effektiv hesab olunur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı - (Yenilənib/Video)
-
İbrahim Borçalının qızının nişanından görüntülər (Video)
-
İngiltərə futbolunun tarixinə düşdülər
-
Lamine Yamalın Bakıya gəlməmə səbəbi bəlli oldu (Foto)
-
Ülvi Həsəninin başına iş gəldi: "Belimdə, boynumda pis ağrılar var" (Video)
-
Sneyder Ramosun formasını fantastik qiymətə satdı (Foto)
XƏBƏR LENTİ
-
Türkiyəli tanınmış aparıcılar saxlanıldı
-
Aliment ödənişləri 23 yaşa qədər uzadılır?
-
Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı - (Yenilənib/Video)
-
İbrahim Borçalının qızının nişanından görüntülər (Video)
-
ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq
-
Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər - Açılış vaxtı bəlli oldu
-
İngiltərə futbolunun tarixinə düşdülər
-
“Azərbaycan Hava Yolları” QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib - (Foto)
-
Mediada bu hallara son qoyulmalıdır - Mətbuat Şurasından bəyanat
-
Məleykə Abbaszadə BDU ilə bağlı ilk qərarını verdi
-
Milli Məclisdə iclas başlayıb - Gündəlikdə 10 məsələ var
-
Bakıda 66 min manat maaşlı iş təklif olunur
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - (Foto)
-
Lamine Yamalın Bakıya gəlməmə səbəbi bəlli oldu (Foto)
-
Azərbaycanda yaşayan Rusiya vətəndaşlarına xəbərdarlıq edildi
-
Daşıdığınız malın sənədi yoxdursa, pulunuzdan olacaqsınız
-
Pensiyaçılara nə qədər əlavə pul veriləcək?
-
Ülvi Həsəninin başına iş gəldi: "Belimdə, boynumda pis ağrılar var" (Video)
-
Doğuş zamanı körpə öldü, həkim sənədləri saxtalaşdırdı - Ali Məhkəmədən qərar
-
Sneyder Ramosun formasını fantastik qiymətə satdı (Foto)
-
Fira Cəlilovanın evində tutulan şəxsin fotosu
-
Ağsuda çinar ağacı qırılaraq 6 yaşlı uşağın üzərinə düşdü





