Paltaryuyana sığmayan yorğanı yumağın asan üsulu

23 Noyabr 2025 01:05

Paltaryuyana yerləşməyən iri və həcimli yorğanların necə təmizlənəcəyi ilə bağlı ekspert məsləhətləri yenidən gündəmə gəlib. Tekstil mütəxəssislərinin hazırladığı bələdçilərə görə, düzgün üsul tətbiq edildikdə həm yorğan tam təmizlənir, həm də forması qorunur.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, xüsusilə elyaflı və qaz tükü yorğanlar paltaryuyana qoyularkən sıxışır və yaxşı təmizlənmir. Bu isə həm iç dolğunun formasını pozur, həm də yuyucu toz qalığının parçaya hopmasına səbəb olur. Peşəkar təmizləməyə ehtiyac qalmadan ev şəraitində tətbiq oluna bilən alternativ üsullar isə getdikcə daha çox tövsiyə edilir.

Yataş, IKEA və Taç kimi markaların qulluq təlimatlarına əsasən, paltaryuyna sığmayan yorğanlar geniş vanna və ya duş kabinəsində əl ilə rahat şəkildə yuyula bilər. Mütəxəssislər yorğanın tam şəkildə suya batırılmasının təmizliyə müsbət təsir etdiyini bildirir.

Vanna üsulu niyə effektivdir?

Ev gigiyenası üzrə mütəxəssislər yorğanların yuyulmasında maye və yumşaq tərkibli vasitələrdən istifadə etməyi məsləhət görür. Toz formalı təmizlik vasitələri yaxşı həll olmadıqda iç dolğuya zərər verə bilər. Otaq temperaturunda su isə həm parçanı yormur, həm də dolğunun strukturunu qoruyur.

Mütəxəssislər xəbərdarlıq edir ki, durulama mərhələsi düzgün aparılmasa həm pis qoxu yaranır, həm də parça zamanla sərtləşir.

Qurutma mərhələsi ən az yuma qədər vacibdir

Tekstil məsləhətçiləri yorğanların birbaşa günəş altında qurudulmamasını tövsiyə edir. Xüsusilə qaz tükü və elyaflı məhsullarda günəş:

Ən ideal üsul - yorğanı kölgəlik və hava keçirən bir məkanda, geniş bir asqıya sərərək qurutmaqdır.

Tibbi mənbələrə görə, yorğanlar il ərzində toz gənəsi yığır. Buna görə ildə ən az iki dəfə dərin təmizlik aparılması, xüsusilə allergiyası olan şəxslər üçün çox əhəmiyyətlidir. Evdə tətbiq edilən vanna üsulu bu baxımdan effektiv hesab olunur.

Lalə Qüdrətova
Milli.Az