Xətai rayonunda 63 yaşlı kişi evdən iş adı ilə çıxıb geri qayıtmayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun NZS qəsəbə sakini 1962-ci il təvəllüdlü Kutais Xəlilov yaşadığı ünvandan ötən gün səhər işlədiyi Suraxanı rayonuna getmək üçün evdən çıxıb geri qayıtmayıb.
Yaxınları və ailə üzvləri Kutais Xəlilovu görənlərdən hüquq mühafizə əməkdaşlarına və ya 102 qaynar xətt nömrəsinə zəng edərək xəbər vermələrini xahiş edir.
Milli.Az





