Ölkə

Taksi sürücüləri bu yolun hər kilometrinə 1 manat tələb edirlər - VİDEO

23 Noyabr 2025 01:07
Baxış: 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir vaxtlar təmir edilmiş Ağdaş-Zərdab yolu indi bərbad vəziyyətdədir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər deyirlər ki, Bakı və əks istiqamətə getmək üçün ən qısa məsafə məhz buradan olduğu üçün illərdir bu yoldan istifadə ediblər. Lakin hazırkı vəziyyət həm vaxt itkisinə, həm də əlavə xərcə səbəb olur.

Sakinlərin sözlərinə görə, rayon mərkəzinə taksi ilə getmək  xeyli baha başa gəlir. Taksi sürücüləri yolun vəziyyətini əsas gətirərək hər kilometrə 1 manat tələb edirlər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, həmin yolların yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq investisiya proqramına daxil edilməsi üçün təqdim olunub. Təkliflərin növbəti illərin investisiya proqramına daxil edilməsi və yolların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur.  

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.