Mədəniyyət

Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirilib – FOTO

23 Noyabr 2025 00:39
Baxış: 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirilib.

Tədbirin açılışında ilk olaraq filologiya elmləri doktoru, professor, akademik Rafael Hüseynov bəstəkarın yaradıcılığı, Azərbaycan musiqisində tutduğu yer və milli-mənəvi dəyərlərin təbliğindəki böyük rolundan bəhs edib.

Konsertdə Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri  Vasif Adıgözəlovun 3 saylı Simfoniyası və monumental "Odlar yurdu" oratoriyasını səsləndirib.

Oratoriyanın ifasında Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), solistlər - Selcan Fermor-Hesketh (soprano), Mahir Tağızadə (bariton) və qiraətçi Elşən Rüstəmov iştirak ediblər.

Gecə boyunca səslənən əsərlər bəstəkarın zəngin irsinin gücünü bir daha nümayiş etdirib və dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.