Şou-biznes

"Xanımlar özünü mənə bənzədir, hamı elə bil ki, balaca Nazpəridi"

16 İyun 2023 23:08
Baxış: 9 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Nazpəri Dostəliyeva xanımların özünü ona bənzətməsindən danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, müğənni bu barədə "El canlı" proqramına qonaq olarkən deyib. İfaçı bildirib ki, toylara gedən zaman qonaqların onun kimi geyindiyinin şahidi olub:"Elə olub ki, toya getmişəm ki, hamı Nazpəri Dostəliyevadır. O dönəmdən başladı, bu günə kimi davam edir. Mənə bənzədirdilər. Çox sevinirəm ki, Azərbaycanda gözəl qadınların sayı artıb. Saç, makiyaj, geyim tərzi- hamı elə bil ki, balaca Nazpəridi".

Bundan əlavə, sənətçi gəlinləri haqqında da danışıb:

"Mən gəlinlərimə qızım deyirəmsə, onlara sərbəstlik verirəm. Mənim sevgimin qarşılığı olmalıdır. Onlar mənə qarşı necə olacaqlar? Bu, qabiliyyətlərinə, əxlaqlarına, tərbiyələrinə qalıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.