Şou-biznes

Şiş “Toppuş bacı”nın başına yayılıb: Aktrisa evini satışa çıxardı

5 Noyabr 2022 19:26
Baxış: 2 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") vəziyyəti ağırlaşıb.

Bu barədə qaynarinfo-ya açıqlamasında aktrisa Ülviyyə Əliyeva deyib. O bildirib ki, şiş artıq onun beyninə yayılıb:

"Hazırda kimyaterapiya olunur. Sağ olsun Milli Onkologiya Mərkəzinin rəhbərliyi, onu beş ildir pulsuz müalicə edir, yaşadır. Amma artıq şiş beyninə yayılıb".

Ülviyyə Əliyeva deyib ki, Tünzalə Əliyevanın xarici ölkələrin birində müalicəyə ehtiyacı var:

"Xaricdə müalicə çox bahadır, Tünzalənin buna imkanı yoxdur. Ona görə də evini satışa çıxarıb. Xalqımızın gözəl imkanlı şəxsləri ona dəstək olsa, evi də satılmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.