Siyasət

Erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

16 Fevral 2021 12:00
Baxış: 983

Qarabağda aparılan əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Suqovuşan istiqamətində Ermənistan tərəfinə daha bir erməni hərbçinin cəsədinin qalıqlarını təhvil verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. Bildirilir ki, ölən əsgərin şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Qeyd olunub ki, atəşkəsin elan olunmasından bəri döyüş bölgəsində 1374 erməni əsgərin meyitləri aşkarlanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.