Siyasət

İstefaya göndərildiyini mediadan öyrəndi

4 İyun 2022 08:32
0 Şərh     Baxış: 933

Kanadada olan Estoniyanın xarici işlər naziri Eva-Maria Liymets istefaya göndərildiyini Kütləvi İnformasiya Vasitələrindən (KİV) öyrənib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Estoniyanın baş naziri, İslahatçılar Partiyasının lideri Kaya Kallas cümə günü prezident Alar Karisə hökumətdə Mərkəz Partiyasını təmsil edən 7 nazirin vəzifələrindən geri çağırılmasını təklif edib. Prezident nazirlərin istefası ilə bağlı sərəncam imzalayıb.

Mərkəz Partiyasının üzvü Liymetsin dediyinə görə, istefaya göndərildiyini xəbər kanallarından öyrənib və bu, onun üçün böyük sürpriz olub.

Liymets fasilə verəcəyini və bundan sonra nə edəcəyinə qərar verəcəyini qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.