Sağlamlıq

Həkim-mütəxəssis: Simptomsuz COVID-19 hallarını araşdırmaq üçün radioloji müayinədən istifadə edilməməlidir

24 Sentyabr 2021 23:34
0 Şərh     Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni növ koronavirus (COVID-19) infeksiyasında radioloji müayinə zamanı müşahidə edilən görüntülər hesabına xəstəliyin müalicəsi daha erkən fazalarda başlanıla və müalicə üsulu dəyişdirilə bilər. Klinik tapıntıları və laborator müayinələri COVID-19-a əsaslandığı halda, PCR yaxma nəticəsi mənfi olarsa, xəstəyə düzgün diaqnoz qoymaq üçün sinə rentgenoqrafiyası tələb edilir. Lakin rentgen müayinəsinin KT-yə nisbətən həssaslıq və spesifikliyi aşağı olduğuna görə klinik tələblərə uyğun olaraq tomoqrafiyadan da istifadə oluna bilər.

Milli.Az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Xəyalə İsmayılzadə məlumat verib.

Həkim-mütəxəssis bildirib ki, COVID-19 üçün radioloji müayinə asimptomatik halları araşdırmaq üçün istifadə edilməməlidir: "Xəstəliyin ağciyərlərə çatdığı düşünülür və müayinə zamanı ağciyərdə hər-hansı zədələnmə hiss edilirsə və üstəlik, xəstədə tənəffüs çətinliyi varsa, o zaman xəstəliyin nə qədər geniş yayıldığını müəyyən etmək üçün ağciyərlərin tomoqrafiyası lazım bilinir. Xəstəliyə uyğun orta və ya ağır klinik nəticələr olduqda, test nəticələrindən asılı olmayaraq görüntüləmə tövsiyə olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.