Hər gün zeytun yağı içdi, başına elə şeylər gəldi ki...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar sosial şəbəkələrdə gündəlik zeytun yağı içmək trendi geniş yayılıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, dietoloq Loren Manaker bu vərdişin sağlamlığa real təsirini görmək üçün bir həftə boyunca hər gün zeytun yağı qəbul etməyi sınaqdan keçirib.
Manaker zeytun yağının sağlam yağlar və antioksidantlarla zəngin olduğunu qeyd edərək onun orqanizmdə faydalı proseslər yaratdığını vurğulayıb. Təcrübənin ilk günlərində yağı birbaşa içməyə çalışsa da, dadından tez yorulduğu üçün onu qəhvəyə, popkorna və müxtəlif tərəvəz yeməklərinə əlavə etməyə başlayıb.
Dietoloq bir həftəlik sınağın sonunda özündə ciddi dəyişiklik hiss etmədiyini bildirib:
"Daha enerjili oyanmadım, işdə diqqətim artmadı, dəri və saçımda da fərq görmədim".
Onun ən çox narahat olduğu mədə problemləri də baş verməyib:
"Zeytun yağının bəzi insanlarda dərhal həzmə təsir etdiyini oxumuşdum, amma məndə belə olmadı".
Manaker qeyd edib ki, müşahidə olunan dəyişikliklərin az olması zeytun yağının təsirsiz olduğu demək deyil:
"Orqanizmdə iltihab və oksidləşdirici stresslə mübarizə kimi prosesləri hiss etmirsiniz, amma bu proseslər baş verə bilər".
Təcrübə yalnız bir həftə davam etdiyinə görə uzunmüddətli təsirlərin necə olacağı məlum deyil.
Elm nə deyir?
Zeytun yağı sağlam yağlar və güclü antioksidantlarla zəngindir. Bu xüsusiyyətləri sayəsində xolesterini aşağı salmağa, ürək-damar sistemini qorumağa, beyin fəaliyyətini dəstəkləməyə və hətta arıqlamağa kömək edir. Lakin yüksək kalori dəyərlərinə görə onun qəbulunu nəzarətdə saxlamaq vacibdir.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)
-
General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - DOSYE
-
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb
-
Bu yollarda sürət həddi endirildi





