Sağlamlıq

Koronavirus zamanı immuniteti gücləndirmək üçün 20 qəpiklik çarə - Hər gün yeyin!

1 İyul 2020 23:10
Baxış: 8 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün dünyada alimlər belə nəticəyə gəliblər ki, koronavirus əsasən immun sistemi zəif olan insanlarda ağır fəsadlar yaradır. Yəni koronavirusun ən effektli "dərmanı" güclü immunitetdir.

İmmun sistemimiz zəifləyir və məhz bu səbəbdən insanlar daha çox virus və soyuqdəymə xəstəliklərinə tutulmağa başlayır. Koronavirus da bu mənada istisna deyil.

Sizə immuniteti möhkəmləndirmək üçün hal hazırda ən faydalı və ucuz məhsulu təqdim edirik. Bu göyərtidir. Bəli, adi göyəti.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, göyərti əsl vitamin və mineral anbarıdır. Burada immunitetin yaxşı işləməsi üçün bütün lazım olan maddələr var - A, E, C, B qrupu vitaminləri, orqanik turşular, flavonoidlər, selen, sink, fosfor, dəmir, maqnezium və s.

Həmçinin göyərti immun sistemi üçün vacib olan qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların faydalı mikroflorasının artmasına kömək edir. Bağırsaq mikroflorası immun sisteminin effektli işləməsində çox böyük rol oynayır. Mikroflora pozulduqda (ona "disbakterioz" deyilir) immun sistemi də zəifləyir.

Odur ki, immun sistemini möhkəmləndirmək üçün hər gün müxtəlif göyərtiləri yeyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.