İdman

Messi üçün 21 metrlik heykəl ucaldıldı - FOTO

11 Dekabr 2025 23:02
Baxış: 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol tarixinin ən böyük oyunçusu - Messi, Ronaldo, Pelé, yoxsa Maradona? Nəsillər boyu davam edən bu "GOAT" mübahisəsində Hindistan öz seçim etdiyini göstərib.

Milli.Az xəbər verir ki, İnter Mayamini MLS Kubokuna daşıyan Lionel Messi üç günlük "GOAT Tour" çərçivəsində Hindistana yollanır. Argentinalı ulduza komanda yoldaşları Luis Suares və Rodrigo de Paul da qoşulacaq.

Messi Kalkuttada özünün 70 fut (təxminən 21 metr) hündürlüyündə nəhəng heykəlini rəsmi olaraq təqdim edəcək. Heykəl 45 nəfərlik komanda tərəfindən 27 gün ərzində hazırlanıb.

Hindistan Barselona və PSJ-nin keçmiş ulduzuna xüsusi ehtiram göstərir. Azarkeşlər "Hola Messi" fan zonasını ziyarət edə bilərlər. Burada:

taxtda əyləşmiş Messi fiqurunun həyati ölçülü modeli,

kuboklarla bəzədilmiş xüsusi zal,

Messinin Mayami evinin maketi,

futbolçu və ailəsinin manekenlərlə hazırlanmış balkon kompozisiyası yerləşdirilib.

Messi karyerası ərzində klub və milli komandada ümumilikdə 44 kubok qazanıb. 2016-cı ildə Buenos-Ayresdə onun bürünc heykəli ucaldılmışdı. Barselona prezidenti Xoan Laporta da Nou Kampda Messinin heykəli üzərində "işlərin davam etdiyini" bildirib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.