Sağlamlıq

Alimlərdən şok araşdırma: xərçəng 1 saniyəyə məhv ediləcək

10 Yanvar 2020 21:45
2 Şərh     Baxış: 4 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlərin yeni araşdırması onkoloji xəstəliklərin müalicəsi metorikası sahəsində irəlilərişə səbəb ola bilər.

Milli.Az ens.az-a istinadən xəbər verir ki, mütəxəssislər xərçəngin proton şüa terapiyası metodunun effektivliyini təsdiqləməyə hazırdırlar. Ətraflı araşdırma International Journal of Radiation Oncology, Biology, and Physics elmi jurnalında dərc olunub.

Xərçəngdən klassik müalicə metodu foton şüalanmanın xəstəyə təsirini nəzərdə tutan şüa terapiyasıdır. Son araşdırma göstərdi ki, eyni effektivliklə proton radiasiyasının bədənə təsiri daha az zərər verir, həkimlər bu metodu fleş-terapiya adlandırdılar.

Xərçəngdən bu metodla müalicədən sonra əks təsirlərin riski üçdə ikiyə qədər azalır, belə ki, sağlam toxumalara daha az zərər dəyir.

Proton şüa terapiyası cəmi 1 saniyə çəkir. Çətinlik ancaq lazım olan miqdarı müəyyən etmək və lazımi avadanlığı optimallaşdırmaqdadır.

Mütəxəssislər əminliklə bəyan edirlər ki, bu, onkoloji xəstəliklərə mübarizəni xeyli asanlaşdıra bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.