Sağlamlıq

XƏBƏRDARLIQ: Bu iki qida uşaqlar üçün çox zərərlidir

26 Mart 2023 23:50
Baxış: 2 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirin qazlı sular və toyuq filesi uşaqların və yeniyetmələrin sağlamlığına ciddi zərər verə bilər.

Milli.Az xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya-1" telekanalında yayımlanan "О самом главном" verilişinin efirində deyib.

Həkimin sözlərinə görə, şirin qazlı içkilərdə çoxlu şəkər var. Onun artıqlığı, aşağı fiziki fəaliyyətlə birlikdə, 15-16 yaşlarda tamamlanan sümük inkişafını 40 faiz azaldır.

"Uşağı yeməyə alışdırmayın. Boşqabı doldurmayın, başa düşməlidir ki, konfet qadağandır", - həkim deyib.

Myasnikov toyuq filesini də uşaqlar və yeniyetmələr üçün təhlükəli hesab edir. Onun sözlərinə görə, toyuq əti istehsal edən fabriklər onların yetişdirilmə dövründə qalxanabənzər vəzinə mənfi təsir edən antibiotiklər və hormonlardan istifadə edirlər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.