İqtisadiyyat

Azərbaycanın qeyri-neft ixracı 25,4 faiz artıb

7 İyun 2021 20:24
Baxış: 252

2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 907,6 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon ABŞ dolları və ya 25,4 faiz artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, 2021-ci ilin yanvar-may ərzində meyvə-tərəvəz ixracı 206,1 milyon, pambıq lifi ixracı 109,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 39,7 milyon, pambıq ipliyi ixracı 17,8 milyon, kimya sənayesi məhsullarının ixracı 19,2 milyon, şəkər ixracı 16,3 milyon, bitki heyvan mənşəli piylər və yağlar ixracı 13,8 milyon, spirtli və spirtsiz içkilərin ixracı 5,8 milyon və çay ixracı 3,7 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin may ayı Azərbaycanın ümumi ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 210,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22 faiz və ya 38 milyon ABŞ dolları daha çoxdur. Habelə, 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 125,1 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin may ayında yeyinti məhsullarının ixracında azalma müşahidə edilsədə, qeyri-yeyinti məhsullarının ixracında ötən ilin eyni ayı ilə müqayisədə 55, 8% artım müşahidə edilib. Qeyri-yeyinti məhsullarının may ayı üzrə artımını şərtləndirən əsas hərəkətverici qüvvələr gübrə, yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yemlər, pambıq, qara metallar, qurğuşun və alüminium və onlardan hazırlanan məmulatlar, yerüstü nəqliyyat vasitələri, dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa və onların hissələri və ləvazimatları və s. təşkil etmişdir. May ayı etibarı ilə yeyinti məhsullarında azalmanın əsas səbəbi kimi meyvə-tərəvəz məhsullarının ixracının azalması ilə əlaqədardır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.