Böyük Britaniya və Fransa hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna ərazisində hərbi mərkəzlər yaradacaq və Ukrayna Silahlı Qüvvələri üçün texnika anbarları tikəcək.
Milli.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer "İstəklilər koalisiyası"nın görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Starmer qeyd edib ki, London və Paris bu istiqamətdə atılacaq növbəti addımları koalisiyanın digər üzvləri ilə razılaşdırıb.
Onun sözlərinə görə, tərəflər ABŞ-ın məsuliyyət daşıyacağı atəşkəs rejiminin monitorinqində iştirak edəcək, Ukraynanın müdafiəsi üçün uzunmüddətli silah tədarükünü dəstəkləyəcək, həmçinin Rusiya tərəfindən gələcək mümkün silahlı hücum halında Ukraynaya dəstək üzrə öhdəliklərin qəbul edilməsi üçün əməkdaşlıq edəcəklər.
Milli.Az





