Dünyanın milyarderləri - ADLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son bir ildə dünyada 390 yeni milyarder ortaya çıxıb. Bu isə orta hesabla gündə birdən çox yeni milyarder deməkdir.
Milli.Az xəbər verir ki, dünyanın ən varlı insanlarını sıralayan "Forbes" jurnalının illik siyahısında bu il məşhurlar, varislər və iş dünyasının yeni simaları diqqət çəkir.
Bu göstərici pandemiyadan sonrakı iqtisadi bərpa dövründə 493 nəfərin ilk dəfə milyarder olduğu 2021-ci ildən sonra qeydə alınan ikinci ən böyük artım hesab olunur.
Bu il siyahıya daxil olan yeni milyarderlər arasında iki məşhur musiqiçi, tanınmış bir film rejissoru, bir tennis əfsanəsi və dünyanın ən varlı insanının qardaşı da var. Ümumilikdə 40 ölkə və bölgədən olan bu şəxslərin ümumi sərvəti təxminən 755 milyard dollar, adambaşına orta sərvət isə 1,9 milyard dollar təşkil edir.
Yeni milyarderlərin sayına görə ABŞ 106 nəfərlə birinci yerdədir. Siyahıda ən varlı iki yeni milyarder də bu ölkədəndir:
Edwin Chen - süni intellekt şirkəti "Surge AI"ın qurucusu (18 milyard dollar sərvət)
Peter Mallouk - maliyyə planlaşdırma şirkəti "Creative Planning"in baş direktoru və əsas səhmdarı (16,1 milyard dollar)
Çin isə 55 yeni milyarderlə ikinci yerdədir. Siyahının başında süni intellekt şirkətlərinin qurucuları dayanır:
Liu Debing - 9,1 milyard dollar
Yan Junjie - 7,2 milyard dollar
Almaniya 42 nəfərlə üçüncü, Hindistan isə 30 nəfərlə dördüncü sıradadır.
Siyahıya daxil olan ən tanınmış şəxslərdən biri Beyonce oldu. Müğənni və mahnı müəllifi musiqi satışları, konsert turları və milyarder həyat yoldaşı Jay-Z ilə etdiyi sənət kolleksiyası yatırımları sayəsində təxminən 1 milyard dollar sərvətə çatıb.
Hip-hop dünyasının məşhur simalarından Dr.Dre də bu il siyahıya daxil olub. O, 2014-cü ildə "Beats by Dre" qulaqcıq markasını Apple şirkətinə təxminən 3 milyard dollara satdıqdan sonra sərvətini 1 milyard dollara çatdırıb.
Siyahıya daxil olan digər məşhur şəxs isə tennis əfsanəsi Roger Federerdir. 20 Grand Slam qələbəsi və İsveçrənin "On Running" şirkətinə yatırımı sayəsində onun sərvəti 1,1 milyard dollar olaraq hesablanır.
James Cameron da bu il milyarderlər siyahısına daxil olub. "Titanic", "Avatar" və "The Terminator" kimi filmlərin rejissoru olan Cameronun sərvətinin 1,1 milyard dollar olduğu təxmin edilir. Karyerası ərzində 3 "Academy Awards" və 4 "Golden Globe Awards" qazanan kanadalı rejissor kassa gəlirlərinə görə tarixdə ikinci ən uğurlu rejissordur. Birinci sırada isə təxminən 7,1 milyard dollarlıq sərvəti ilə Steven Spielberg dayanır.
Yeni milyarderlərin təxminən üçdə ikisi sərvətini özü qazanan şəxslərdir. Onların arasında süni intellekt əsaslı işə qəbul platforması "Mercor"un 22 yaşlı üç qurucusu da var. Onlar Brendan Foody, Adarsh Hiremath, Surya Midha-dır. Onların hər birinin sərvəti 2,2 milyard dollar qiymətləndirilir. Midha bu üçlük arasında ən gəncdir və hazırda öz sərvətini qazanan ən gənc milyarder hesab olunur.
Siyahıya daxil olan digər şəxs isə Kimbal Muskdur. Onun sərvətinin böyük hissəsi qardaşı Elon Musk-un "Tesla" və "SpaceX" şirkətlərindəki kiçik paylarından formalaşıb. Kimbal Maskın sərvəti 1,4 milyard dollar hesablanır.
Bu il siyahıya daxil olan ən varlı qadın Jennifer Gilbert oldu. O, "Rocket Mortgage" şirkətinin qurucusu və "Cleveland Cavaliers" klubunun sahibi Dan Gilbertdən boşandıqdan sonra milyarder olub. Onun sərvəti 5,7 milyard dollar qiymətləndirilir.
Bu il siyahıya 76 yeni qadın milyarder daxil olub və onların yalnız 12-si sərvətini özü qazanıb. Yeni milyarderlər arasında ən varlı self-made qadın isə çinli Zhou Xiaopingdir. O, atası ilə birlikdə 1993-cü ildə qurduğu "Changzhou Xingyu Automotive Lighting Systems" sayəsində 3,8 milyard dollar sərvətə sahibdir.
Siyahının ən gənc yeni üzvü 20 yaşlı Amelie Voigt Trejes olub. Onun 1,1 milyard dollarlıq sərvəti Braziliyanın elektrik avadanlığı istehsalçısı WEG şirkətinin qurucularından olan babası Werner Ricardo Voigtdən qalan mirasdan formalaşıb. Trejes ötən il siyahıya daxil olan alman dərman sənayesi varisi Johannes von Baumbachdan cəmi üç həftə daha gəncdir. Onun 22 yaşlı qardaşları Felipe və Pedro Voigt də eyni sərvətlə bu il siyahıya yeni daxil olan şəxslər arasındadır.
Bu il istehsalat sektoru ən çox yeni milyarder yaradan sahə olub. Yarımkeçiricilərdən avtomobil hissələrinə, boyadan velosiped istehsalına qədər müxtəlif məhsullar istehsal edən 91 nəfər milyarder olub.
Bu sahədə ən varlı yeni milyarderlər:
Wang Xin - "Dtech Technology" qurucusu (5,6 milyard dollar)
Lin Tsung-Chi - "King Slide Works" qurucusu (5,1 milyard dollar)
Texnologiya sektoru isə 70 yeni milyarderlə ikinci yerdədir. Onların çoxu süni intellekt sahəsindəki yüksəliş sayəsində sərvət qazanıb. Məsələn:
"Perplexity AI" qurucuları: Aravind Srinivas, Johnny Ho, Andy Konwinski, Denis Yarats (hər biri 2,1 milyard dollar)
"Cursor" qurucuları: Sualeh Asif, Arvid Lunnemark, Aman Sanger, Michael Truell (hər biri 1,3 milyard dollar)
Üçüncü yerdə isə maliyyə və investisiya sektoru qərarlaşıb və bu sahədə 51 yeni milyarder siyahıya daxil olub. Onların arasında maliyyə məsləhətçisi "Omani Carson" (1 milyard dollar) və "Berkshire Hathaway" şirkətində Warren Buffettin yerinə baş direktor təyin olunan Greg Abel də var.
63 yaşlı Abelin sərvəti mentorunun sərvətindən təxminən 148 milyard dollar az olsa da, "Forbes" siyahısında bu fərqi azaltmaq üçün onun qarşısında hələ uzun illər olduğu qeyd edilir.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu kəndə köçənlərə ev və iş verilir
-
Nepalda sel fəlakətində ölənlərin sayı 1204-ə çatıb
-
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb
-
ABŞ Prezidenti Hörmüz boğazını "Tramp boğazı" adlandırmaq istəyir
-
Ermənistanda yol qəzası - beş nəfər ölüb, 7 nəfər yaralanıb
-
Macarıstan Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarını yenidən blokladı
XƏBƏR LENTİ
-
Bu kəndə köçənlərə ev və iş verilir
-
“Sevdan bir ateş”in yayım tarixi bəlli oldu
-
Diş məcunundakı rəngli xətlərin əsl mənası açıqlandı
-
Sentyabrda 4 bürc ciddi qərar verəcək
-
Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır
-
Su qızdırıcısına bir parça atın: Ərpi yox edir
-
İspan aşpazlar düyünü suda bişirmirlər - Dadlı alınmasının sirri
-
Qəbələdə döyülən “Çevik” adlı tiktokerin vəkilindən açıqlama
-
Sentyabrda bu 5 ağacı qətiyyən budamayın
-
Mbappenı qaçırmaq istədilər
-
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı - (Video)
-
Ülvi Cəfərova ağır itki - (Foto)
-
Bu gün bir neçə rayonda işıq olmayacaq
-
Rişarlison Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
-
Günün qoroskopu: Maddi məsələlərdə planlı davranın
-
Rodrinin "Real Madrid"ə transferinin qarşısını alan şəxs bəlli oldu
-
“Səbail”in adı dəyişdirilir
-
Özəl məktəblərdə qiymət niyə bahadır? – İllik təhsil haqqı 26 min manata çatır - (Video)
-
Sevil Cəlilova: Səhiyyədəki əməkhaqqı islahatı kadr çatışmazlığını aradan qaldıracaq
-
Nepalda sel fəlakətində ölənlərin sayı 1204-ə çatıb
-
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib - (Foto)
-
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
-
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb
-
Biləcəriyə gedən yolun eniş hissəsi tam bağlanacaq





