Cəmiyyət

Aygün Əliyevaya yeni vəzifə verildi

6 Yanvar 2026 19:03
Baxış: 1 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.

Milli.Az xəbər verir ki, iclas zamanı artıq Agentliyin İcraçı direktoru vəzifəsinin ləğv edildiyi, əvəzində 3 üzvdən - sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradıldığı açıqlanıb.

Daha sonra Şura Agentliyin İdarə Heyətini formalaşdırıb. Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.

Qeyd edək ki, Aygün Əliyeva 2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru seçilmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.