İdman

Türkiyə Superkubokunun finalında “Qalatasaray”la “Fənərbaxça” qarşılaşacaq

6 Yanvar 2026 23:56
Baxış: 1 416
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün futbol üzrə Türkiyə Superkubokunda yarımfinal mərhələsinin digər qarşılaşması keçirilib.

Milli.Az xəbər verir ki, finala vəsiqə uğrunda "Fənərbaxça" "Samsunspor"la üz-üzə gəlib.

Görüş Yeni Adana Stadionunda baş tutub və Bakı vaxtı ilə saat 21:30-da start götürüb.

Kerem Aktürkoğlu və Con Duranın vurduğu qollar sayəsində "sarı-lacivərdlilər" rəqibini 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. "Fənərbaxça" həlledici görüşdə "Qalatasaray"la qarşılaşacaq.

Xatırladaq ki, yarımfinal mərhələsinin ötən gün keçirilən ilk oyununda "sarı-qırmızılılar" "Trabzonspor"u 4:1 hesabı ilə məğlub edərək finala adlayıblar.

Qeyd edək ki, Türkiyə Superkubokunun final qarşılaşması yanvarın 10-da Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.