İdman

"Barselona"da kütləvi təmizləmə: 11 futbolçu yola salınır

2 Aprel 2026 19:56
Baxış: 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Növbəti yay transfer pəncərəsində "Barselona"nın heyətində ciddi islahatlar gözlənilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İspaniya nəhəngi komandanın yenidən qurulması çərçivəsində birdən-birə 11 futbolçu ilə yolları ayırmağı planlaşdırır.

Belə ki, klubun mövcud maliyyə böhranı rəhbərliyi sərt qərarlar qəbul etməyə məcbur edir. Bu səbəbdən, katalonlar həm yüksək maaş tələbatı olan ulduzlarını, həm də əsas heyətə düşməkdə çətinlik çəkən oyunçuları satmağa qərar verib.

Vidalaşmaq ehtimalı ən yüksək olan oyunçular arasında Mark-Andre ter Ştegen, Voyçex Şensnı, Juan Kanselu, Andreas Kristensen, Ronald Arauxo, Mark Kasado, Runi Bardaqji, Ferran Torres, Markus Raşford, Robert Levandovski və Ansu Fatinin adları yer alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.