Bakıda torpaq qiymətləri harada daha ucuzdur? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə daşınmaz əmlak bazarında qiymətlərin sürətlə artması ev sahibi olmaq üçün alternativ yolları gündəmə gətirib. Bu variantlardan biri də torpaq alaraq fərdi ev tikməkdir. Lakin qeyd etmək lazımdır ki, bahalaşma həm torpaq sahələrinə, həm də tikinti materiallarına da təsir edib.
Bəs hansı daha sərfəlidir, hazır mənzil almaq, yoxsa torpaq alıb ev tikmək?
Milli.Az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, münasib qiymətə torpaq tapıldığı halda fərdi ev tikmək daha sərfəli ola bilər. Onun sözlərinə əsasən, tikintinin kvadratmetri təmir səviyyəsindən asılı olaraq təxminən 500-800 manata başa gəlir. Torpaq və abadlaşdırma xərcləri də əlavə edildikdə, ümumi qiymət bir kvadratmetr üçün orta hesabla 1000 manata yaxınlaşır. Halbuki mənzillərin qiyməti daha yüksəkdir, şəhər üzrə orta göstərici 3500 manat, bəzi ərazilərdə isə, xüsusilə Nəsimi rayonunda, 17 min manata qədər yüksəlir.
Ekspert bildirir ki, kiçik evlər üçün 2-3 sot, 100-150 kvadratmetrlik fərdi yaşayış üçün 5-6 sot, daha böyük layihələr üçün isə 10-12 sot torpaq sahəsi tələb olunur.
Torpaq qiymətləri isə yerləşdiyi əraziyə görə dəyişir. Elanlara əsasən, Bakı ətrafı ərazilərdə bir sot torpaq 6 min manatdan başlayır və bu qiymətə Saray, Fatmayi, Məmmədli kimi ərazilərdə çıxarışlı sahələr tapmaq mümkündür. Paytaxta yaxın yerlərdə isə qiymətlər xeyli yüksəkdir, bəzi ərazilərdə bir sot üçün 55-60 min manat tələb olunur.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub





