Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi təcrübəli mütəxəssis Mirça Luçesku ilə yollarını ayırdığını rəsmən bəyan edib.
Milli.Az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, tanınmış mütəxəssisin idarə etdiyi Rumıniya yığması DÇ-2026-nın pley-off mərhələsinə vəsiqə qazanmağı bacarmışdı. Lakin həlledici mərhələdə Türkiyə seçməsinə uduzan komanda dünya çempionatı uğrunda mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, Mirça Luçesku 2024-cü ilin yayında yığmanın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Onun rəhbərlik etdiyi kollektiv DÇ-2026-nın seçmə mərhələsinin pley-off yarımfinalında Türkiyəyə 0:1 hesabı ilə məğlub olub.
Milli.Az





