Böyük Britaniya bu növ vizalarda rüsumları artırır: 8 apreldən qüvvəyə minir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniya Daxili İşlər Nazirliyi immiqrasiya və viza rüsumları ilə bağlı mühüm qərar qəbul edib. 8 aprel 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək yeni qanuna əsasən, turist, iş, tələbə və ailə vizalarının qiymətlərində ciddi artım baş verəcək.
Milli.Az xəbər verir ki, rüsum artımı eyni zamanda müddətsiz yaşayış icazəsi (PR) və vətəndaşlıq müraciətlərinə də şamil olunacaq.
Britaniya hökumətinin rəsmi açıqlamasına əsasən, yeni qiymət cədvəli aşağıdakı kimidir:
6 aylıq standart turist vizası: 135 funt-sterlinq
2 illik turist vizası: 506 funt-sterlinq
10 illik turist vizası: 1128 funt-sterlinq
Bacarıqlı işçi vizası (3 ilə qədər): 819 funt-sterlinq
Daimi yaşayış icazəsi (Settlement): 2064 funt-sterlinq
Vətəndaşlıq üçün müraciət rüsumu: 1709 funt-sterlinq
London administrasiyası bu artımı ölkənin immiqrasiya sisteminin təkmilləşdirilməsi və sərhəd təhlükəsizliyinin gücləndirilməsi ilə əsaslandırır. Ekspertlər qeyd edirlər ki, rüsumların artırılması həm də ölkəyə gələn qeyri-qanuni miqrasiya axınının qarşısını almaq məqsədi daşıyır.
Xatırladaq ki, aprelin 8-nə qədər edilən müraciətlər köhnə tariflərlə qəbul olunacaq.
Səkinə Yusifova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ögey qızına əxlaqsız hərəkətlər edənə bu cəza verildi
-
"Los-Anceles Leykers" rekord məbləğə yenidən satılacaq
-
İranda zəlzələ oldu
-
Zaur-Günay cütlüyünün romantiki diqqət çəkdi - (Video)
-
Prezident Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verdi
-
Prokurorluqdan azad edilmiş ərazilərə gedənlərə xəbərdarlıq
-
Tiktoker "Qara qartal" saxlanıldı
-
Holandd Ginnesin 4 rekorduna birdən düşdü
-
Sabah yağış yağacaq
-
Tanınmış türk aparıcının həkim əri öldü - (Foto)
-
Toxumçuluq sahəsində yeni dövlət rüsumları müəyyənləşib
-
"Meyvəli" Ticarət Mərkəzində güclü yanğın
-
Bərdədə şəhid qardaşının meyiti tapıldı - (Foto)
-
Ermənistanda keçmiş deputat həbs olundu
-
Türkiyəli aktrisa 9-cu dəfə əməliyyat olunacaq
-
"Turan Tovuz" "Qəbələ"yə qarşı
-
“Uzaqlıq”da Aygün–Röya görüşü - (Video)
-
Sadır Japarov yenidən namizəd olacaq
-
"AKİ-nin sədri Əli İsa Cabbarov olacaqsa, Prezident seçkilərində “Milyarderlər İttifaqı”nın namizədi kimi çıxış edəcək" - Rza Rzayev
-
Günel Zeynalova: "Rəhmanımın anası, Tunarımın dəyərlisi..." - (Foto)
-
Rus bloqer Qazaxıstandan qovuldu
-
BDYPİ-dən piyadalara çağırış - (Video)
-
Kolumbiyada zəlzələ qurbanlarının sayı artdı
-
Qızıl və gümüş qiymətləri ucuzlaşdı





