Siyasət

Toxumçuluq sahəsində yeni dövlət rüsumları müəyyənləşib

14 Avqust 2026 12:59
Baxış: 193

Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib.

Milli.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın verilməsinə görə 50 manat manat, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsinə görə 10 manat, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə (bir sənəd) 25 manat dövlət rüsumu müəyyənləşib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.