Dünya

Sadır Japarov yenidən namizəd olacaq

14 Avqust 2026 12:30
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qırğızıstan Prezidenti Sadır Japarov 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı o, jurnalist Ali Toktakunova müsahibəsində açıqlayıb. 

"Növbəti seçkilərdə namizədliyimi irəli sürmək və işi davam etdirmək istəyirəm. Seçkilərdə iştiral etmək arzusunda olan hər kəs namizədliyini verə bilər. Heç kəsə məhdudiyyət qoyulmayacaq", - deyə Japarov bildirib.

Qeyd edək ki, 57 yaşlı Sadır Japarov 2021-ci il yanvarın 28-dən Qırğızıstan prezidentidir. Respublika Konstitusiyasına əsasən, bir şəxs iki dəfə dövlət başçısı seçilə bilər. Ölkədə növbəti prezident seçkiləri isə 2027-ci il yanvarın 27-də keçiriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.