"Los-Anceles Leykers" rekord məbləğə yenidən satılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ mediasının çərşənbə günü yaydığı məlumata görə, "Los-Anceles Leykers" bir ildən də az müddətdə yenidən sahibini dəyişəcək. NBA-nın əfsanəvi klubu "Disney" şirkətinin keçmiş baş direktoru Bob Ayger və vençur kapitalı investorları qrupuna rəhbərlik edən Coşua Kuşnerin iştirakı ilə yaradılmış qrup tərəfindən rekord məbləğə - 12,5 milyard dollara satın alınacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, NBA tərəfindən təsdiqlənəcəyi təqdirdə, bu sövdələşmə peşəkar idman klubunun ən yüksək məbləğə satışına dair yeni rekord müəyyənləşdirəcək. Bundan əvvəlki rekord "Dodgers" klubunun sahibi Mark Uolterin 2025-ci ildə "Leykers"i Bass ailəsindən təxminən 10 milyard dollar məbləğə alması idi.
Kuşner və Ayger bu yaxınlarda NBA-nın gələcəkdə genişləndirilməsi çərçivəsində yeni komandaların yaradılması ehtimalını, xüsusilə Las-Veqas və Sietldə potensial klubların yaradılmasını nəzərdən keçirirdilər. Lakin bunun əvəzinə onlar peşəkar idmanın ən dəyərli və tanınan klublarından biri olan "Leykers"i almaq üçün yüksək məbləğli təklif irəli sürüblər.
"Ömürlük NBA azarkeşləri kimi dünyanın ən məşhur idman klublarından biri olan "Los-Anceles Leykers"in gələcək inkişafına rəhbərlik etmək imkanından böyük şərəf duyuruq", - Kuşner və Ayger birgə açıqlamalarında bildiriblər. "Uzunmüddətli məqsədimiz ən yüksək səviyyədə mübarizə aparmaq və bu möhtəşəm komandaya, onun azarkeşlərinə və Los-Anceles şəhərinə xidmət etməkdir".
Sövdələşmənin tamamlanması üçün NBA-nın idarəçilər şurasının təsdiqi tələb olunur. Bu proses bir neçə həftə çəkə bilər.
Uolterin sahib olduğu qrupun "Los-Anceles Sparks", "Çelsi" FK, Qadınlar üzrə Peşəkar Xokkey Liqası və bir sıra avtoidman təşkilatlarında da payları var.
Məlumata görə, Uolter yalnız "Leykers"dəki payını satır. "Dodgers" və "Sparks" bu sövdələşməyə daxil deyil.
41 yaşlı Kuşner vençur kapitalı şirkəti "Thrive Capital"ın təsisçisidir və "Oscar Health" şirkətinin həmtəsisçisi və sədr müavinidir. O, ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin kiçik qardaşıdır.
75 yaşlı Ayger mart ayında "Disney" şirkətinin baş direktoru vəzifəsindən istefa verib. Ayger ilin sonunadək "Disney"in direktorlar şurasının üzvü və baş məsləhətçisi olaraq qalacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ronaldo Portuqaliya millisi ilə bağlı qərarını verib
-
Britaniyalı nazir: "Siz hər bir halda zibilsiniz və bunu özünüz yaxşı bilirsiniz!"
-
Ronaldonun bacısı da millidəki qalmaqala qoşuldu
-
Arda Güler yenə ən yaxşı seçildi
-
Ronaldo milli komandanı tərk etməsi ilə bağlı açıqlama yayıb
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
XƏBƏR LENTİ
-
Rusiya dünyaya meydan oxudu: Nüvə bombasının görüntüləri yayımlandı - (Video)
-
Türkiyədə bələdiyyə sədri saxlanıldı
-
20 Yanvar və Moskva prospektində “manatlıq taksi”lərə qadağa - Səbəb açıqlandı
-
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana gətirildi
-
Kürdəmir “Günəş” şadlıq sarayındakı hadisə ilə bağlı yeni açıqlama
-
21 yaşlı Ayselin ölümündə təqsirləndirilən həkimə hökm verildi
-
Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
-
Burcu Esmersoy dəyişib belə oldu - (Video)
-
Prezident İlham Əliyev: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
-
Prezident İlham Əliyev: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
-
Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir
-
Ronaldo Portuqaliya millisi ilə bağlı qərarını verib
-
Prezident İlham Əliyev: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
-
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yeni qayda
-
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Bakıda illərdir bir nəfərin belə yaşamadığı müəmmalı bina - (Video)
-
Bakıda ilk AQEM Media Forumu öz işinə başlayıb - (Foto)
-
Britaniyalı nazir: "Siz hər bir halda zibilsiniz və bunu özünüz yaxşı bilirsiniz!"
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Nil Özalp saxlanıldı
-
Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin ikinci günü başlayıb
-
Elektrik avtomobillərinin sahiblərinə mühüm xəbərdarlıq
-
Kamçatka sahillərində ard-arda 3 zəlzələ oldu
-
Sülh tapança qabında: Bakı niyə Paşinyanın sülhpərvərliyinə inanmağı dayandırdı





