Hesablama Palatasına yeni səlahiyyətlər verilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hesablama Palatasına yeni səlahiyyətlər verilib.
Bu, Prezident İlham Əliyevin "Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 440-VIIQD nömrəli Qanununun tətbiqi və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 259 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanında öz əksini tapıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Hesablama Palatasına Naxçıvan Muxtar Respublikası və sığorta sirri ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara rəy verə biləcək.
Bundan başqa, qurum muxtar respublikadakı büdcədən-kənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq.
Palata həmçinin sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ərdoğan böyük dəyişikliklər edəcək - Onlar göndərilir
-
Tacikistanda güclü zəlzələ oldu
-
Aysun Muradova: "Məqsədim Türkiyə çempionu olmaqdır"
-
“Qarabağ”ın “Tvente” ilə matçlarının hakimləri açıqlandı - (Foto)
-
"Sevgilim yoxdur"
-
Elçin Quliyevə müavin təyin edildi
-
Gimnastımız Dünya çempionatında (Foto)
-
Corcinadan toydan sonra ilk (Foto)
-
"Forbes"un baş redaktoru işdən çıxarıldı
-
Sabah çimərliklərə getmək istəyənlərin nəzərinə
-
"Qarabağ"a uduzan "Dinamo"dan antirekord
-
DİN-dən vətəndaşlara xəbərdarlıq: İnanmayın!
-
Əməkdar artist nəvəsinə dəbdəbəli ad günü keçirdi - (Fotolar)
-
“Sabah” Çempionlar Liqasında mübarizəni davam etdirən ən gənc klubdur
-
Bir reklamdan 890 min manat qazanacaq
-
İngiltərə nəhəngi Osimhenə "elçi düşdü"
-
İlham Əliyev Belarusla olan Anlaşma Memorandumunu təsdiqlədi
-
“Dövlət auditi” informasiya sistemi yaradıldı
-
Hesablama Palatasına yeni səlahiyyətlər verilib
-
Ögey qızına əxlaqsız hərəkətlər edənə bu cəza verildi
-
Növbəti köç karvanı Xankəndiyə çatıb, ailələrə evlərin açarları təqdim olunub - Yenilənib - Foto
-
"Los-Anceles Leykers" rekord məbləğə yenidən satılacaq
-
İranda zəlzələ oldu
-
Zaur-Günay cütlüyünün romantik anları diqqət çəkdi - (Video)





