"Forbes"un baş redaktoru işdən çıxarıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Forbes" nəşrinin baş redaktoru Rendall Leyn vəzifəsini itirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Bildirilib ki, bu buna səbəb Rendall Leynin maliyyə məsləhətçiləri ilə bağlı məqalələr üzrə jurnalın tərəfdaşı olan "Shook Research" şirkətindən 6 milyon dollar vəsait almasının üzə çıxmasıdır. Məlumata görə, "Forbes"un işçilər üçün daxili qaydalarına görə, əməkdaşların şirkətdən kənar fəaliyyətlərdən maddi mənfəət əldə etməsi yolverilməzdir.
Bildirilib ki, həmin pul Leynə "Shook Research"in qurucusu Er Cey Şuk tərəfindən təqdim edilib. Vəsaitin ötürülməsi Şukun öz şirkətinin nəzarət səhm zərfini "PPC Enterprises"a satmasından sonra baş tutub.
"Forbes"un əməkdaşlar üçün təlimatında qeyd olunur ki, işçilər hər hansı kənar kommersiya işinə başlamazdan əvvəl rəhbərlikdən icazə almalıdırlar və onlara şəxsi qazanc əldə etmək qəti şəkildə qadağan olunur.
"Böyük bir xəta etdim və məsuliyyəti tam şəkildə qəbul edirəm. Aldığım hədiyyə barədə rəhbərliyi məlumatlandırmalı idim və bunu etməməyim çox ciddi səhv idi. Buna görə dərindən təəssüflənirəm, çünki nəticədə həm işimi, həm də çox sevdiyim komandamı itirdim. Lakin bu hadisə mənim "Forbes"a və oradakı gözəl insanlara olan hörmətimi azaltmır", - deyə işdən çıxdıqdan sonra Leyn "The Times"a müsahibəsində bildirib.
Amerikalı jurnalist Rendall Leyn "Forbes"da təqribən 15 ildir idi ki, çalışırdı. Fəaliyyəti zamanı Leyn "30-a qədər 30" və "Just 100" reytinqləri kimi nəşrin ən məşhur layihələrinin əsasını qoyub. Onun baş redaktorluğu dövründə "Forbes"un oxucu auditoriyası ən yüksək həddə çatıb.
NYT vurğulayır ki, son on ildə "Forbes" jurnalı "Shook Research"in məlumatlarına və tədqiqatlarına əsaslanan çoxlu materiallar dərc edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Bir həftədə zirvədən eniş: "Nvidia" rəhbərinin xəyanət etirafı və milyardlıq itkilər
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)
-
İrlandiyada Zelenskinin kortejinə yumurta atdılar
-
Boşanan cütlüyün duyğusal anları diqqət çəkdi – Həm güldü, həm də ağladı - (Video)
XƏBƏR LENTİ
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyunu başlayıb - Yenilənib
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
-
83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)
-
Sumqayıtda zavodda bıçaqlanan şəxs mühafizəçi imiş
-
Yük avtomobili ilə sürücülərin həyatını risk altına atanların məsuliyyəti nədir? - (Video)
-
Ağstafada üç nəfərin yaralandığı qəzanın təfərrüatı - (Video)
-
Vətalət Mehdiyeva vəfat etdi
-
Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Dezodorant sağlamlığınızı necə məhv edir – Həkimlərdən xəbərdarlıq





