İdman

“Sabah” Çempionlar Liqasında mübarizəni davam etdirən ən gənc klubdur

14 Avqust 2026 14:15
Baxış: 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Sabah" bu mövsüm UEFA Çempionlar Liqasının pley-off iştirakçıları və əsas mərhələyə vəsiqəni təmin etmiş komandalar arasında ən gənc tarixə malik klubdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2017-ci il sentyabrın 8-də təsis edilmiş komandanın cəmi 9 yaşı var.

Bundan başqa, "bayquşlar" Azərbaycan təmsilçiləri arasında Çempionlar Liqasında mübarizəyə I təsnifat raundundan başlayıb 3 mərhələ keçən ilk klubdur.

Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab matçı isə 25-də Bakıda keçiriləcək. Cütün qalibi Çempionlar Liqasının, məğlubu isə Avropa Liqasının liqa mərhələsinə vəsiqə qazanacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.