Ölkə

Bu məktəbi polis 24 saat qoruyacaq

6 Yanvar 2026 14:56
Baxış: 7 659
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının 132-134 saylı Təhsil Kompleksində Daxili İşlər Nazirliyinin (DİN) mühafizə xidməti fəaliyyətə başlayıb.

Milli.Az Anews.az-a istinadən xəbər verir ki, xidmət məktəbin müraciəti əsasında DİN-in Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşlarından ibarət heyət tərəfindən təşkil olunub. 

Mühafizə xidməti məktəbin ərazisinin qorunması ilə yanaşı, şagirdlər və müəllim kollektivi üçün təhlükəsizliyin təmin edilməsinə yönəldilib.

Xidmət qanunla müəyyən olunmuş müqavilə əsasında həyata keçirilir və DİN-in əməkdaşları tərəfindən növbəli şəkildə 24 saatlıq rejimdə təmin olunur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.