Dünya

Zelenski: "Bu, irəliyə doğru atılmış nəhəng bir addımdır"

6 Yanvar 2026 23:30
Baxış: 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün keçirilən mətbuat konfransında Fransa və Böyük Britaniya ilə əldə olunan razılaşmanı yüksək qiymətləndirib.

Milli.Az xəbər verir ki, Zelenski bu gün imzalanan sənədin və çoxmillətli qüvvələrlə bağlı qərarın "irəliyə doğru atılmış nəhəng bir addım" olduğunu vurğulayıb.

O, bildirib ki, bir il əvvəl belə bir addımın atılacağını təsəvvür etmək belə mümkün deyildi, lakin bu gün bu, artıq reallığa çevrilib.

Hər keçən günün qələbəyə bir az daha yaxınlaşdırdığını qeyd edən Ukrayna lideri, "amma bu hələ kifayət deyil" deyə əlavə edib. Onun sözlərinə görə, "yalnız Ukraynadakı müharibə bitdikdə hər şey yetərli olacaq".

Zelenski həmçinin sosial media hesabında paylaşım edərək, sülh həllinin bir hissəsi olmaq istəyən hər bir dövlətə və liderə səmimi təşəkkürünü bildirib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.