Qışda heyvanlara paltar geyindirmək lazımdır? - Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baytar həkim qış aylarında hansı ev heyvanlarının gəzinti zamanı mütləq geyimə ehtiyacı olduğunu izah edib.
Milli.Az xəbər verir ki, Rusiya Baytarlıq Universitetinin professoru Andrey Rudenko soyuq havada geyimin xüsusilə qısa və seyrək tüklü, eləcə də alt tük qatı olmayan heyvanlar üçün vacib olduğunu bildirib. Onun sözlərinə görə, belə heyvanlar istiliyi daha tez itirir və küləkli, rütubətli havalarda donma riski artır.
O qeyd edib ki, xırda cins itlər də risk qrupuna daxildir. Az bədən kütləsi və yüksək istilik itirmə səbəbindən onlar hətta qısa gəzintilər zamanı belə soyuqlaya bilər. Bu isə tənəffüs yollarının, sidik-cinsiyyət sisteminin və oynaqların iltihabi xəstəliklərinə yol aça bilər.
Baytar əlavə edib ki, yaşlı heyvanlar, əməliyyatdan çıxmış və xroniki xəstəlikləri olan ev heyvanları da xüsusi diqqət tələb edir. Bu heyvanlarda istilik tənzimi zəifləyir, maddələr mübadiləsi yavaşıyır və soyuq əlavə stress faktoruna çevrilir. Onlar üçün qoruyucu geyim profilaktik tədbir kimi faydalı ola bilər.
Rudenko bildirib ki, alçaqboylu və dekorativ cinslərin qarın və sinə hissəsi yerə daha yaxın olduğundan qar, rütubət və yol reaktivləri ilə daha çox təmasda olur. Bu isə dəridə qıcıqlanma və dermatit riskini artırır. Geyim həm soyuqdan, həm də kimyəvi maddələrdən qoruyucu rol oynayır.
Ekspert vurğulayıb ki, heyvan geyimi düzgün seçilməlidir və hərəkətə mane olmamalıdır. Sıx və keyfiyyətsiz geyimlər dərinin zədələnməsinə, həddindən artıq isinməyə və qan dövranının pozulmasına səbəb ola bilər.
Baytarın sözlərinə görə, qalın tüklü və inkişaf etmiş alt tük qatına malik, soyuq iqlimə uyğunlaşmış heyvanlar üçün geyim əksər hallarda lazım deyil. Belə heyvanların orqanizmi bədən temperaturunu özü tənzimləyə bilir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
XƏBƏR LENTİ
-
"Qalatasaray"ın futbolçusu nəhənglərin transfer siyahısında
-
Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)
-
Azərbaycan millisi Mozambikə qalib gəldi
-
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama
-
Qız övladı dünyaya gətirən xanımına 400 min dollarlıq maşın hədiyyə etdi - (Video)
-
Bahar Lətifqızı: "Oturduğum yerdə 18 min ziyana düşdüm"
-
Sərnişinlər qatarlarda ən çox bunları unudurlar - Siyahı
-
Dünya çempionatında 3 güləşçimiz məğlub oldu
-
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər
-
Kartdan-karta köçürmələrə niyə limit qoyuldu? - Sədrdən açıqlama
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur
-
Əli Əsədov Gürcüstana gedir
-
225 saylı məktəbdə jurnalistlərə hücum edən şəxslə bağlı yeni faktlar
-
Paşinyan onu işdən azad etdi
-
İranda zəlzələ oldu
-
Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur
-
Azərbaycan XİN Türkiyəni təbrik etdi
-
Azərbaycanda həbsxanalarda 21 uşaq doğulub
-
Sergen Yalçınla türk futbolçular arasında gərginlik - O sözlərinə görə...
-
Ermənistan parlamentində deputatlar arasında yenə dava düşdü - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi ADMİU-da - (Video/Foto)
-
Azərbaycanda terror işi üzrə hökm: 8 nəfərə 13 ilədək həbs verildi
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb





