Xəbər verdiyimiz kimi, Yeni il gecəsi Bakıda ağır cinayət hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən "Purple Karaoke & Live Bar" gecə klubunun qarşısında qətl törədilib.
Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə, saat 02:00 radələrində klubun daxilində 36 yaşlı H.Məcidov ilə 32 yaşlı Emil Rəcəbli arasında mübahisə yaranıb. Münaqişə daha sonra obyektin qarşısında davam edib və nəticədə H.Məcidov Emil Rəcəblini bıçaqlayıb.
Ağır xəsarətlər alan Emil Rəcəblinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Onun sosial şəbəkə hesabında paylaşdığı son görüntülər isə görənləri kövrəldib.
Musa
Milli.Az





