"Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktor müavini Söhrab İsmayılovun işdən çıxarılması ilə bağlı xəbərə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat Xidmətindən münasibət bildirilib.
Milli.Az xəbər verir ki, Mətbuat Xidmətindən oxu.az-a verilən məlumata görə, Söhrab İsmayılov öz ərizəsi ilə işdən ayrılıb.
---------
"Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktor müavini Söhrab İsmayılov işdən çıxarılıb.
Milli.Az Demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salahov müvafiq əmr imzalayıb.
Əmrə görə, Söhrab İsmayılov bu gün vəzifəsindən azad edilib.
Qeyd edək ki, Söhrab İsmayılov 2021-ci ildən Bakı Limanında müavin vəzifəsində çalışırdı.
O, limanın maliyyə, kadr siyasəti, SƏTƏM, nəqliyyat və sair sahələrinə cavabdeh idi.
Milli.Az





