Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer mətbuat konfransı üçün kameralar qarşısına keçiblər.
Milli.Az xəbər verir ki, mətbuat konfransı başlamazdan əvvəl hər üç lider ölkələri arasında çoxmillətli qüvvələrin yerləşdirilməsinə dair niyyət bəyannaməsi imzalayıblar.
Üç ölkə Ukrayna ərazisində və ya bölgədə çoxmillətli hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı rəsmi razılığa gəliblər.
Bu sənəd gələcək sülh sazişinin qorunması və Rusiyanın ehtimal olunan yeni hücumlarının qarşısının alınması üçün yaradılacaq "təhlükəsizlik qüvvələri"nin hüquqi əsasını təşkil edir.
Lalə Qüdrətova
Milli.Az





