İqtisadiyyat

“Azeri Light”ın qiyməti artdı

6 Yanvar 2026 09:47
Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,68 ABŞ dolları və ya 2,62 faiz artaraq bir barel üçün 65,80 ABŞ dolları təşkil edib.

Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında "Azeri Light" markalı neftin FOB bazasında bir barelinin qiyməti 1,68 dollar və ya 2,7 faiz bahalaşaraq 63,96 dollar olub.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,65 dollar və ya 5,17 faiz artaraq bir barel üçün 33,54 dollara çatıb.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,98 dollar və ya 3,25 faiz artaraq bir barel üçün 62,96 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.