İqtisadiyyat

Çexiyada rekord inflyasiya qeydə alınıb

19 Aprel 2022 08:08
0 Şərh     Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ay Çexiyada son 24 ilin ən yüksək inflyasiyası qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, mart ayında inflyasiya 1,7% artaraq 12.7%-ə çatıb. Bu, 1998-ci ildən indiyədək qeydə alınmış ən yüksək rəqəmdir. İnflyasiyanın kəskin artımına səbəb enerji daşıyıcılarının bahalaşmasıdır. Statistikaya görə, illik əsasda istehlak qiymətləri 12,7% artıb. Elektrik və yanacaq 24,7%, təbii qaz 37,7%, nəqliyyat xərcləri 22%, inşaat materialları isə 16,4% bahalaşıb. Bundan əlavə, kartof 21%, qatılaşdırılmış süd 20%, un 30%, yağ 32% bahalaşıb. Eyni zamanda daşınmaz əmlak və kommunal xərclər 5%-dək bahalaşıb. Ekspertlər yayda inflyasiyanın 15%-ə çatacağı qənaətindədirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.