Ev telefonlarının sayı azalıb - statistika
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə Azərbaycanda ənənəvi ev telefonlarına maraq nəzərəçarpacaq dərəcədə azalıb. Rabitə infrastrukturunun inkişafı, mobil telefonların əlçatanlığının artması, internet üzərindən zəng xidmətlərinin geniş yayılması sabit telefonlara olan tələbatı minimuma endirib. Bir vaxtlar hər bir evin əsas ünsiyyət vasitəsi sayılan stasionar telefonlar bu gün artıq daha çox formal və ya xüsusi hallarda istifadə olunan bir rabitə növünə çevrilib.
Bəs, ötən il Azərbaycanda ev telefonlarının sayında nə qədər azalma qeydə alınıb?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycanda 2024-cü il üzrə sabit şəbəkə telefonları (ev telefonları) istifadəçilərinin sayında azalma müşahidə edilib.
"2024-cü ildə mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 2023-illə müqayisədə 213,8 00 nömrə azalıb", - qurumdan əlavə edilib.
Komitədən qeyd ediılib ki, 2024-cü ildə mənzillərdə sabit şəbəkə telefonlarının sayı 1 milyon 95 min 200 olub. 2023-cü ildə isə bu rəqəm 1milyon 309 min təşkil edib.
Qeyd edək ki, sabit telefonlar artıq əsas ünsiyyət vasitəsi kimi istifadə olunmur və yalnız müəyyən hallarda, formal məqsədlər üçün istifadə edilir.
Ötən illərin statistikasına baxdıqda, ev telefonlarının sayında əhəmiyyətli azalma müşahidə olunur. Bu da göstərir ki, stasionar telefonlar getdikcə gündəlik həyatda rolunu itirir və müasir rabitə texnologiyalarının üstünlüyü daha aydın görünür. Beləliklə, bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir - xəbərdarlıq
-
“BYD”nin yeni avtomobili 9 dəqiqəyə enerji doldurur
-
Qabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? — Maraqlı tarixçə
-
"Tünzalə keçmişini unudandır" - Elza Seyidcahan
-
Milyarderlərin süfrəsinə qətiyyən qoyulmayan qidalar açıqlandı
-
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
-
“Verilişlərimizi bağladınız, tənqid olunan şeylər yenə efirdədir" - Zaur Baxşəliyev
-
Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı
-
Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
-
Səməd Həsənov vəfat etdi
-
Bruno Marsa ağır itki - (Foto)
-
Günün qoroskopu: Qətiyyətli addımlar atmaq üçün münasib vaxtdır.
-
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir - (Foto)
-
Zeynalabdin Allahyarov həbs olundu
-
"Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb
-
Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi
-
Naftalanda 3 məktəblini maşın vurub - Yenilənib
-
"Polad Alemdar"ın son halı müzakirə yaratdı - (Foto)
-
Bakıda villada qanlı hadisə - (Video)
-
“Bitcoin” ucuzlaşdı
-
Tramp: İran bizim şərtlərimizi qəbul etmir
-
Yeni rekord olacaq: Bütün biletlər satıldı
-
45 yaşlı kişinin boyun damarı kəsildi - Vəziyyəti ağırdır
-
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi





